Voleybolçu qadınlar arasında Millətlər Liqasının yarımfinal cütlükləri müəyyənləşib

24 İyul 2026 01:01
91
Voleybolçu qadınlar arasında Millətlər Liqasının yarımfinal cütlükləri müəyyənləşib

Voleybol üzrə qadınlar arasında Millətlər Liqası 2026-nın 1/4 final mərhələsinin görüşləri baş tutub.

İdman.Biz bildirir ki, oyunların nəticələrinə əsasən, turnirin yarımfinal cütləri məlum olub.

İtaliya yığması Niderlanda 3:0 (25:21, 25:16, 25:16) hesabı ilə qalib gəlib, Braziliya isə Yaponiyadan güclü olub - 3:1 (24:26, 25:22, 25:16, 25:20).

Türkiyə Kanada yığmasını 3:1 (22:25, 25:21, 25:21, 25:17) hesabı ilə məğlub edib. ABŞ komandası taybreykə çatan görüşdə Çinə 2:3 (25:15, 23:25, 20:25, 25:17, 13:15) hesabı ilə uduzub.

Beləliklə, Millətlər Liqasının yarımfinalında Çin Türkiyə, İtaliya isə Braziliya ilə mübarizə aparacaq.

İdman.Biz