Yaponiya Millətlər Liqasının tarixində ilkə imza atdı

20 İyul 2026 08:20
392
Yaponiya Millətlər Liqasının tarixində ilkə imza atdı

Yaponiyanın kişilərdən ibarət voleybol millisi Millətlər Liqasının ilkin mərhələsini məğlubiyyətsiz başa vuran ilk komanda olub.

İdman.Biz xəbər verir ki, Loran Tillinin rəhbərlik etdiyi kollektiv son turda Argentina yığmasını 3:0 hesabı ilə məğlub edib.

Osakada keçirilən qarşılaşmada Yaponiya hər üç setdə üstün olub - 25:22, 25:22, 25:16.

Asiya təmsilçisi ilkin mərhələdə keçirdiyi 12 matçın hamısında qələbə qazanaraq turnir cədvəlini 30 xalla birinci pillədə tamamlayıb. Yaponiya üç görüşdə 3:0, üç qarşılaşmada 3:1, altı oyunda isə 3:2 hesabı ilə qalib gəlib.

Bununla da Yaponiya kişi komandaları arasında Millətlər Liqasının ilkin mərhələsini məğlubiyyətsiz tamamlayan ilk yığma kimi tarixə düşüb. Əvvəlki ən yaxşı göstəricilərdən biri 2024-cü ildə 12 matçda 11 qələbə qazanan Sloveniyaya, digəri isə 2025-ci ildə eyni nəticəni göstərən Braziliyaya məxsus olub.

Millətlər Liqasının son qalibi Polşa millisidir. Polşalı voleybolçular 2025-ci ildə keçirilən finalda İtaliyanı 3:0 - 25:22, 25:19, 25:14 hesabı ilə məğlub ediblər.

İdman.Biz