“Ordu” voleybol klubu baş məşqçi ilə yeni müqavilə imzalayıb

14 İyul 2026 17:14
85
“Ordu” voleybol klubu baş məşqçi ilə yeni müqavilə imzalayıb

Ötən mövsüm kişi voleybolçulardan ibarət Yüksək Liqanın gümüş medallarını qazanan “Ordu” komandası baş məşqçisi Cavid Süleymanovla əməkdaşlığı davam etdirəcək.

Mütəxəssis qarşıdakı mövsümdə də komandaya rəhbərlik edəcəyini bildirib.

Cavid Süleymanov hədəflərinin çempionluq olduğunu söyləyib.

“Bunun üçün yaxşı komanda quracağıq. Transfer işləri davam edir. Hələlik rəsmi olaraq anlaşdığımız oyunçular yoxdur”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

O, Çelenc Kubokunda mübarizə aparacaq komandanın ölkə xaricində hazırlıq keçəcəyini vurğulayıb. Baş məşqçinin sözlərinə görə, yoxlama oyunları ilə bağlı əcnəbi klublarla danışıqlar gedir.

İdman.Biz