“Gəncə” braziliyalı voleybolçu Ariadne Ramosu heyətinə qatıb

13 İyul 2026 13:35
93
“Gəncə” braziliyalı voleybolçu Ariadne Ramosu heyətinə qatıb

“Gəncə” voleybol klubu heyətinə yeni oyunçu qatıb.

İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Braziliyalı voleybolçu Ariadne Ramos ilə müqavilə imzalanıb.

Braziliya və Peruda çıxış etmiş oyunçu son olaraq ölkəsində “ASV Hornets”in formasını geyinib.

Qeyd edək ki, “Gəncə” daha əvvəl Leyla Parşkova, Hellen Luvizetti Lacava, Milica Vukoviç və Olena Napalkova ilə də müqavilə bağlayıb. Bundan əlavə, Mellisa Rangel ilə sözləşmənin müddəti uzadılıb.

İdman.Biz