DÇ-2026: İngiltərə Bellingemin dublu ilə Norveçi məğlub edərək yarımfinala yüksəlir - YENİLƏNİB + VİDEO

12 İyul 2026 03:47
1 223
DÇ-2026: İngiltərə Bellingemin dublu ilə Norveçi məğlub edərək yarımfinala yüksəlir

Futbol üzrə dünya çempionatında 1/4 finalın İngiltərə və Norveç arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, matç İngiltərənin 2:1 hesablı qələbəsi ilə bitib. Beləliklə, İngiltərə yarımfinala vəsiqə qazanıb. Yarımfinalda onların rəqibləri Argentina - İsveçrə matçının qalibi olacaq.

İngiltərə 2018-ci ildə də dünya çempionatının yarımfinalına çıxmış və orada Xorvatiyaya məğlub olmuşdu.

03:10

İngiltərə - Norveç matçında hesab dəyişib.

İdman.Biz bildirir ki, 93-cü dəqiqədə Cud Bellingem matçda ikinci qolunu vurub - 2:1. Bu, Bellingemin DÇ-2026-da vurduğu 6-cı qoldur və o, bu göstəriciyə görə, komandanın bombardiri Harri Keynə çatıb. Bombardirlər siyahısına isə hərəyə 8 qol vurmuş argentinalı Lionel Messi və fransalı Kilian Mbappe başçılıq edirlər. Norveçli Erlinq Holand 7 qol vurub.

03:07

İngiltərə - Norveç matçında əlavə vaxt başlayıb.

İdman.Biz bildirir ki, hesab 1:1-dir.

03:01

İngiltərə - Norveç matçında əsas vaxt başa çatıb.

İdman.Biz bildirir ki, hesab 1:1-dir.

02:07

İngiltərə - Norveç matçında ikinci hissə başlayıb.

İdman.Biz bildirir ki, birinci hissədən sonra hesab 1:1-dir.

01:52

İngiltərə - Norveç matçında ilk yarı bitib.

İdman.Biz bildirir ki, birinci hissədən sonra hesab 1:1-dir.

01:49

İngiltərə - Norveç matçında hesab bərabərləşib.

İdman.Biz bildirir ki, 45+2-də Cud Bellingem bərabərlik qolunu vurub.

01:37

İngiltərə - Norveç matçında hesab açılıb.

İdman.Biz bildirir ki, 36-cı dəqiqədə Andreas Şelderup hesabı açıb.

01:00

Futbol üzrə DÇ-2026-da 1/4 final mərhələsinin üçüncü oyunu keçirilir.

İdman.Biz xəbər verir ki, İngiltərə Norveçlə qarşılaşır.

Matç “Hard Rock” stadionunda (Mayami, Florida, ABŞ) keçirilir.

10:30

Futbol üzrə DÇ-2026-da 1/4 final mərhələsinin son oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu mərhələnin növbəti oyun günündə Norveç yığması İngiltərə millisi ilə, Argentina yığması isə İsveçrə millisi ilə qarşılaşacaq.

DÇ-2026, 1/4 final
12 iyul

01:00. Norveç - İngiltərə.

05:00. Argentina - İsveçrə.

Qeyd edək ki, mərhələnin ilk iki görüşündə Fransa Mərakeşi (2:0), İspaniya isə Belçikanı (2:1) məğlub edib.

İdman.Biz