“Turan” klubu slovakiyalı voleybolçu ilə yeni müqavilə imzalayıb

14 İyul 2026 16:44
67
“Turan” klubu slovakiyalı voleybolçu ilə yeni müqavilə imzalayıb

Ötən mövsüm qadın voleybolçular arasında Yüksək Liqanın qalibi olan “Turan” komandası oyunçusu Barbora Kosekova ilə yeni müqavilə imzalayıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Turan” klubu məlumat yayıb.

Bildirilib ki, slovakiyalı voleybolçu daha bir il “Turan”ın formasını geyinəcək.

İdman.Biz