Qanalı qadın voleybolçu Fatoumata Binta Bah yeni mövsümdə Azərbaycanın “DH Volley” komandasının formasını geyinəcək.
İdman.Biz bu barədə komandanın mətbuat xidmətinə istinadən bildirir.
“Xoş gəlmisən Fatoumata!
Fatoumata Binta Bahın komandamıza böyük töhfə verəcəyinə inanırıq. Azərbaycan Yüksək Liqasında və Avropa kuboklarında birlikdə uğurlu nəticələr əldə edəcəyimizə əminik.
Sənə komandamızın heyətində uğurlar arzulayırıq!”, - komandanın açıqlamasından bildirilir.

Daha öncə klub braziliyalı Qrasiela Ribeyronu heyətinə qatmışdı.
“DH Volley” yeni mövsümdə Çellenc Kubokunda yarışacaq.
