“Turan” voleybol klubu Çempionlar Liqasına İtaliyada hazırlaşacaq

17 İyul 2026 17:59
101
“Turan” voleybol klubu Çempionlar Liqasına İtaliyada hazırlaşacaq

“Qadın voleybolçulardan ibarət “Turan” komandası Çempionlar Liqasına İtaliyada hazırlaşacaq”.

Bu barədə Tovuz klubunun prezidenti Həsən Zeynalov məlumat verib.

O, sentyabr ayında Milan şəhərində təlim-məşq toplanışı keçəcəklərini bildirib.

“Toplanış iki həftə nəzərdə tutulub. Ondan sonra Yunanıstana yollanmaq ehtimalımız var. Orada kiçik bir turnirə qatıla bilərik”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, “Turan” komandası Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Mladost”la qarşılaşacaq. İlk oyun oktyabrın 20-22-də Bakıda, cavab görüşü isə 27-29-da səfərdə keçiriləcək.

İdman.Biz