“Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Türkiyədə turnirə qatılacaq”.
Bu barədə kişi voleybolçulardan ibarət “Xilasedici” klubun meneceri Onat Kurt məlumat verib.
O, sentyabr ayının ikinci yarısında qardaş ölkədə dörd komandadan ibarət turnirdə mübarizə aparacaqlarını bildirib.
“Əvvəlcə hazırlığa avqustun 10-da İsmayıllıda başlayacağıq. Sentyabr ayının 15-dən sonra Türkiyəyə yola düşəcəyik. Turnirdə “Ziraat Bankkart” kimi güclü komanda da mübarizə aparacaq”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, “Xilasedici” Çempionlar Liqasında mübarizəyə Portuqaliyanın “Sportinq” komandasına qarşı oyunla başlayacaq. İlk görüşlər noyabrın 2-5-də, cavab matçları isə 10-12-də təşkil olunacaq.
