Azərbaycan millisinin voleybolçusu klubunu dəyişib

21 İyul 2026 17:10
197
Azərbaycan millisinin voleybolçusu klubunu dəyişib

Azərbaycan millisinin voleybolçusu Ceyran İmanova klubunu dəyişib.

İdman.Biz xəbər verir ki, “Turan” oyunçunu heyətinə qatdığını açıqlayıb.

Yığma üzvü 2026/2027 mövsümündə Tovuz təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Ceyran İmanova 2025/2026 mövsümündə “DH Volley”də çıxış edib.

İdman.Biz