Çili çempionatının gümüş mükafatçısı “Ordu”ya keçib

25 İyul 2026 10:10
92
Çili çempionatının gümüş mükafatçısı “Ordu”ya keçib

Azərbaycan millisinin voleybolçusu Dmitri Baranov yeni mövsümdə Bakının “Ordu” klubunda çıxış edəcək.

İdman.Biz xəbər verir ki, mərkəz blokçusu Azərbaycan Yüksək Liqasının gümüş mükafatçısının heyətinə qoşulub.

Komanda yeni mövsümdə Çelenc Kubokunda da mübarizə aparacaq.

Qeyd edək ki, Baranov ötən mövsümü Çili çempionatında keçirib. O, “Deportivo Murano”nun heyətində ölkə çempionatının gümüş medalını qazanıb, həmçinin Cənubi Amerika Kubokunda da çıxış edib.

İdman.Biz