DÇ-2026: Fransa millisindən möhtəşəm başlanğıc - YENİLƏNİB + VİDEO

17 İyun 2026 01:05
834
DÇ-2026: Fransa millisindən möhtəşəm başlanğıc

Fransa - Seneqal oyunu başa çatıb.

İdman.Biz bildirir ki, matç Avropa təmslçisinin qələbəsi ilə bitib - 3:1.

Beləliklə, Fransa millisi Seneqaldan 24 il əvvəl dünya çempionatındakı məğlubiyyətin (0:1) qisasını ala bilib.

01:01

Fransa - Seneqal oyununda hesab yenə dəyişib.

İdman.Biz bildirir ki, 90+6-da Kilian Mbappe oyunda ikinci qolunu vurub - 3:1

01:00

Fransa - Seneqal oyununda hesab yenə dəyişib.

İdman.Biz bildirir ki, 90+5-də İbrahim Mbaye hesab arasındakı fərqi azaldıb - 2:1

00:47.

Fransa - Seneqal oyununda hesab dəyişib.

İdman.Biz bildirir ki, 82-ci dəqiqədə əvəzetmədən meydana çıxmış Bredli Barkola hesab arasındakı fərqi artırıb - 2:0.

00:32

Fransa - Seneqal oyununda hesab açılıb.

İdman.Biz bildirir ki, 66-cı dəqiqədə Kilian Mbappe komandasını irəli çıxarıb.

00:10

Fransa - Seneqal oyununda ikinci hissə start götürüb.

İdman.Biz bildirir ki, birinci hissədən sonra hesab açılmayıb.

23:55

Fransa - Seneqal oyununda ilk yarı başa çatıb.

İdman.Biz bildirir ki, birinci hissədən sonra hesab açılmayıb.

23:03

Futbol üzrə 2026-cı il dünya çempionatında I qrupunun matçlarına start verilib.

İdman.Biz bildirir ki, Fransa millisi Seneqalla üz-üzə gəlir.

Oyun İst-Raterforddakı “Metlife” stadionunda keçirilir.

Qeyd edək ki, Fransa və Seneqal dünya çempionatlarında bundan əvvəl 2002-ci ildə qarşılaşıblar. Həmin matçda afrikalılar sensasiyalı şəkildə Avropa və dünya çempionlarını məğlub ediblər – 1:0.

I qrupunda İraq və Norveç milliləri də yarışırlar.

İdman.Biz