Dünya Çempionatı 2026-da onuncu gün: Niderland - İsveçə, Almaniya - Kot-d'İvuara qarşı

20 İyun 2026 10:15
86
Dünya Çempionatı 2026-da onuncu gün: Niderland - İsveçə, Almaniya - Kot-d'İvuara qarşı

Futbol üzrə dünya çempionatında ikinci turun həyəcanı davam edir.

İdman.Biz xəbər verir ki, qrup mərhələsinin bu turu çərçivəsində azarkeşləri bir-birindən gərgin və maraqlı qarşılaşmalar vəd edir.

F qrupunda günün ən çox diqqətçəkən duellərindən biri Niderland və İsveç yığmalarının qarşılaşması olacaq. Bu maraqlı matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.

Həmin qrupun digər görüşündə isə Tunis və Yaponiya milliləri qüvvələrini sınayacaqlar. Azarkeşlərin səbirsizliklə gözlədiyi bu oyun iyunun 21-də saat 08:00-da başlayacaq.

E qrupunun mübarizəsinə gəldikdə, iyunun 21-də gecə saat 00:00-da Almaniya və Kot-d'İvuar milliləri meydana çıxacaqlar, saat 04:00-da isə Ekvador və Kürasao yığmalarının qarşılaşması baş tutacaq.

Dünya çempionatı, II tur

F qrupu

20 iyun

21:00. Niderland - İsveç

21 iyun

08:00. Tunis - Yaponiya

E qrupu

21 iyun

00:00. Almaniya - Kot-d'İvuar

04:00. Ekvador - Kürasao

Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.

İdman.Biz