“Brayton” “Tottenhem”in müdafiəçisi Luka Vuşkoviç üçün yeni rəsmi təklif irəli sürüb.
İdman.Biz bu barədə Fabrizio Romanoya istinadən bildirir.
Təklif bonuslar da daxil olmaqla 45 milyon avro dəyərindədir. Daha əvvəl bildirilmişdi ki, xorvatiyalı futbolçunun “Brayton”un meneceri Fabian Hürtseler və klub rəhbərliyi ilə danışıqları müsbət olub. Artıq xorvatiyalı futbolçu üçün iki təklifi rədd edən “Tottenhem”in tezliklə onun gələcəyi ilə bağlı yekun qərar verməsi gözlənilir.
Vuşkoviç 2025/2026 mövsümünü Almaniyanın “Hamburq” klubunda icarə əsasında keçirib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 60 milyon avrodur.
