Tailandın üçüncü liqasında çıxış edən “Yala” futbol komandasının cinah hücumçusu Sofvan Avae həyatını itirib.
İdman.Biz xəbər verir ki, faciə Narathivat əyalətində keçirilən “Golok FA Cup” turnirinin oyunu zamanı baş verib.
Güclü yağışa baxmayaraq davam etdirilən qarşılaşmada ildırım meydanın mərkəzi hissəsinə düşüb. Ağır xəsarət alan 24 yaşlı futbolçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində azı doqquz nəfər xəsarət alıb. Qarşılaşma hadisədən sonra dayandırılıb.
