Yasamal rayonunda yerləşən “Məhsul” stadionu baxımsız vəziyyətə düşüb.
İdman.Biz Xəzər TV-yə istinadən xəbər verir ki, uzun müddətdir istifadə olunmayan stadionun ərazisini kol-kos basıb, tribunaları isə dağılıb. Hazırda arenada hər hansı təmir və ya bərpa işləri aparılmır.
Bildirilir ki, bir müddət əvvəl stadionun təmir olunacağı açıqlansa da, bu istiqamətdə hələlik heç bir iş görülməyib.
Yaxınlıqda yaşayan sakinlər də stadionun hazırkı vəziyyətindən narazıdırlar. Onların sözlərinə görə, əvvəllər burada həm uşaqlar, həm də böyüklər idmanla məşğul olur, ərazi sakinlərin istirahət məkanı kimi istifadə edilirdi.
Sakinlər stadionun təmir olunaraq yenidən istifadəyə verilməsini istəyirlər.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edilib. Qurumdan məsələyə münasibət bildirilməyib.
Ətraflı videoda:
