Belçika millisinin və “Real Madrid”in qapıçısı Tibo Kurtua karyerasını harada başa vurmaq istədiyini açıqlayıb.
İdman.Biz bildirir ki, o həmçinin ilk klubu olan “Genk”ə qayıtmaq perspektivindən danışıb.
“Mənim üçün “Genk” oyunçu karyeramda bağlı bir fəsildir. Düşünürəm ki, orada yaxşı bir il keçirdim. “Genk”də bir neçə güclü gənc qapıçı var, ona görə də oyunçu kimi ora qayıtmağım lazım olduğunu düşünmürəm. Karyeramı “Real Madrid”də başa vura bilsəm, bu, mənim arzum və məqsədim olardı. Görək qarşıdakı illərdə nə olacaq”, - deyə “Mundo Deportivo” Kurtuanın sözlərini sitat gətirir.
2025/2026 mövsümündə Kurtua İspaniya La Liqasında 32 matçda iştirak edib və 28 qol buraxıb.
