“Yuventus” “Leççe”dən Fatikantini transfer edib

20 İyun 2026 05:11
101
“Yuventus” “Leççe”dən Fatikantini transfer edib

“Yuventus” “Leççe”dən 21 yaşlı yarımmüdafiəçi Cakomo Fatikantini transfer edib.

İdman.Biz bu badədə “Byankoneri”nin mətbuat xidmətinə istinadən bildirir.

Mənbənin məlumatına görə, yarımmüdafiəçi 30 iyun 2029-cu ilə qədər müqavilə imzalayıb.

Fatikanti 2024-cü ilin yayında icarə əsasında Turinə keçib və iki mövsüm ərzində “Yuventus”da 66 oyun keçirib, üç qol vurub və beş məhsuldar ötürmə edib, komandanın əsas oyunçularından birinə çevrilib.

İki həftədən az bir müddət əvvəl Fatikanti İtaliya millisində Yunanıstana qarşı yoldaşlıq oyununda (1:0) debüt edib. Transfermarkt-ın məlumatına görə, oyunçunun bazar dəyəri 4,50 milyon avrodur.

İdman.Biz