Lamin Yamal İspaniya tarixində ikinci oldu

21 İyun 2026 20:43
91
Lamin Yamal İspaniya tarixində ikinci oldu

İspaniya millisinin hücumçusu Lamin Yamal DÇ-2026-da Səudiyyə Ərəbistanı ilə oyunda vurduğu qolla tarixə düşüb.

İdman.Biz xəbər verir ki, 18 yaş 343 günlük futbolçu dünya çempionatlarında İspaniya millisinin heyətində qol vuran ən gənc ikinci oyunçu olub. Yamal H qrupunun ikinci turunda keçirilən matçın 11-ci dəqiqəsində fərqlənib.

Bu göstəricidə birinci yerdə Qavi qalır. O, DÇ-2022-də 18 yaş 110 günlük olarkən fərqlənib. Hər iki futbolçu “Barselona”nın məşhur “La Masiya” akademiyasının yetirməsidir.

Lamin Yamal İspaniya millisində debütünü 2023-cü ilin sentyabrında edib. O, həmin vaxt həm yığmanın ən gənc debütantı adına sahib çıxıb.

İdman.Biz