DÇ-2026: Belçika - İran oyunu başladı - YENİLƏNİR

21 İyun 2026 22:59
102
DÇ-2026: Belçika - İran oyunu başladı - YENİLƏNİR

DÇ-2026-nın G qrupunda ikinci turun Belçika - İran oyunu başladı.

İdman.Biz xəbər verir ki, qrupda bütün komandaların bir xalı olduğu üçün bu oyun həm qrup liderliyi, həm də pley-off üçün xüsusi əhəmiyyət daşıyır.

22:19

DÇ-2026-nın G qrupunda ikinci turun Belçika - İran oyunu üçün start heyətləri açıqlanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma bu gün Los-Anceles stadionunda keçiriləcək. Matçı argentinalı baş hakim Dario Errera idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Belçika: Tibo Kurtua, Brendon Mexele, Maksim De Keyper, Toma Menye, Natan Nqoy, Kevin De Bröyne, Yuri Tilemans, Aleksis Salemakers, Nikolas Raskin, Romelu Lukaku, Leandro Trossard.

İran: Əlirza Beyranvənd, Ramin Rezayan, Şüca Xəlilzadə, Əli Nemati, Hüseyn Kənani, Ehsan Hacı Səfi, Saleh Hərdani, Saman Qoddos, Səid Ezzatollahi, Məhəmməd Mohebi, Mehdi Taremi.

İlk turdan sonra G qrupunda bütün komandaların aktivində bir xal var. Belçika Misirlə 1:1, İran isə Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə edib.

Üçüncü turda Belçika Yeni Zelandiya ilə, İran isə Misirlə qarşılaşacaq. Hər iki oyun 27 iyunda keçiriləcək.

İdman.Biz
Məqalədə: