İspaniya millisinin hücumçusu Mikel Oyarzabal DÇ-2026-nın H qrupunda Səudiyyə Ərəbistanı ilə matçın ən yaxşı futbolçusu seçilib.
İdman.Biz xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb. Atlantadakı “Mersedes-Bens” stadionunda keçirilən oyun İspaniyanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
29 yaşlı Oyarzabal görüşdə iki qol vurub və bir məhsuldar ötürmə edib. Onun İspaniya millisindəki göstəricisi 55 oyunda 27 qola çatıb.
Bu qələbədən sonra İspaniya xallarının sayını dördə yüksəldərək H qrupunda liderliyə yüksəlib. Səudiyyə Ərəbistanı, Uruqvay və Kabo-Verdenin aktivində isə bir xal var.
İspaniya millisi DÇ-2026-da növbəti oyununu 27 iyunda Uruqvaya qarşı keçirəcək.
