Argentinanın kapitanı Lionel Messi və Fransanın hücumçusu Kilian Mbappe dünya çempionatları tarixində penaltilərsiz, ikinci ən çox qol vuran oyunçulardır.
İdman.Biz xəbər verir ki, hər ikisinin 14 qolu var və bu göstəricidə onlar braziliyalı Ronaldo ilə bərabərdirlər.
Almaniyalı Miroslav Kloze penaltilərsiz 16 qolla dünya çempionatı tarixində ən çox qol vuran oyunçu olaraq qalır. Messi daha əvvəl turnirin ən çox qol vuran oyunçusu kimi Klozeni keçərək qollarının sayını 18-ə çatdırmışdı.
Dünya çempionatları tarixində penaltilər istisna olmaqla ən çox qol vuranlar:
1. Miroslav Kloze (Almaniya) — 24 oyun, 16 qol.
2. Lionel Messi (Argentina) — 28 oyun, 14 qol.
2. Ronaldo (Braziliya) — 19 oyun, 14 qol.
2. Kilian Mbappe (Fransa) — 16 oyun, 14 qol.
5. Gerd Müller (Almaniya) — 13 oyun, 13 qol.
5. Jüst Fonten (Fransa) — 6 oyun, 13 qol.
7. Pele (Braziliya) — 14 oyun, 12 qol.
