Həbib Nurməhəmmədov idmandakı iki qəhrəmanının adını açıqladı

10 Avqust 2026 02:05
292
Həbib Nurməhəmmədov idmandakı iki qəhrəmanının adını açıqladı

UFC-nin sabiq yüngül çəki çempionu Həbib Nurməhəmmədov idman aləmində kimləri öz qəhrəmanı hesab etdiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, 37 yaşlı sabiq döyüşçü söhbət idmançılardan gedirsə, braziliyalı Ronaldo və Məhəmməd Əlinin adını çəkə biləcəyini söyləyib və bu iki insan xüsusi yeri olduğunu vurğulayıb.

Ronaldo futbol tarixinin ən məşhur hücumçularından biridir. Braziliyalı sabiq futbolçu 1994 və 2002-ci illərdə dünya çempionu olub, 1997 və 2002-ci illərdə isə “Qızıl top” mükafatını qazanıb. O, karyerası ərzində “Barselona”, “İnter”, “Real” və “Milan” kimi klublarda çıxış edib.

Məhəmməd Əli isə peşəkar boks tarixinin ən böyük simalarından hesab olunur. O, 1960-cı ildə Roma Olimpiadasında yarımağır çəkidə qızıl medal qazanıb, peşəkar karyerasında isə 61 döyüş keçirərək 56 qələbə əldə edib.

Əli ağır çəkidə dəfələrlə dünya çempionu olub və təkcə idman nəticələri ilə deyil, xarizması və ictimai mövqeyi ilə də dünya idman tarixində xüsusi yer tutub. Əfsanəvi boksçu 2016-cı ildə 74 yaşında vəfat edib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov peşəkar MMA karyerasını 29 döyüşdə 29 qələbə ilə başa vurub və UFC tarixinin ən dominant çempionlarından biri kimi tanınır.

İdman.Biz