Rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədov və gürcüstanlı Merab Dvalişvili ilə baş verən davanın bütün iştirakçıları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə saxlanılıblar.
İdman.Biz "TASS" agentliyinə istinadən xəbər verir ki, iştirakçılar hadisənin təfərrüatlarının araşdırılması və sorğu-sual üçün saxlanılıblar.
Xatırladaq ki, bundan əvvəl Dvalişvili sosial şəbəkədəki "X" hesabında Usman Nurməhəmmədov və dostlarını ona hücum etməkdə ittiham edib. Gürcüstanlı döyüşçünün sözlərinə görə, o, RAF təşkilatı üçün müsahibə verdiyi vaxt Nurməhəmmədov və yanındakı şəxslər ona və gənc dostuna arxadan hücum ediblər.
Qeyd edək ki, 2025-ci ilin yanvarında Merab Dvalişvili Usmanın doğma qardaşı Umar Nurməhəmmədovla döyüşüb. Gürcüstanlı idmançı həmin qarşılaşmada qalib gələrək UFC-nin ən yüngül çəki dərəcəsində çempionluq kəmərini qoruyub. Hazırda bu çəkinin çempionu rusiyalı Pyotr Yandır. Dvalişvili son iki döyüşündə məhz ona məğlub olub.
