Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev növbəti döyüşü 2027-ci il yanvarın 16-da ABŞ-nin Dallas şəhərində keçirilə bilər.
İdman.Biz xəbər verir ki, “Agent MMA” portalı həmin tarixdə keçiriləcək “UFC Fight Night” turniri üçün Fiziyevlə fransalı Salahdin Parnasın qarşılaşmasını mümkün variantlardan biri kimi təqdim edib.
Turnirin yanvarın 16-da Dallas şəhərindəki “American Airlines Center” arenasında keçirilməsi planlaşdırılır. Lakin Fizievlə Parnas arasında döyüşün təşkili ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Tərəflər arasında danışıqların aparıldığı da təsdiqlənməyib.
Qeyd edək ki, 28 yaşlı Parnas əvvəllər Polşanın KSW təşkilatında yarım yüngül və yüngül çəkilərdə çempion olub. Fransalı döyüşçü bu ilin sentyabrında UFC-də debüt edib və yeni zelandiyalı Den Hukeri ilk raundda texniki nokautla məğlub edib.
Fiziev isə sonuncu döyüşünü iyunun 27-də Bakıda keçirilən UFC turnirində keçirib. O, meksikalı Manuel Torresi ikinci raundda nokautla məğlub edib.
Hazırda azərbaycanlı döyüşçü idman mediası nümayəndələrinin səsverməsi əsasında hazırlanan UFC-nin rəsmi reytinqində 11-ci yerdədir. Statistik göstəricilərin alqoritmlər vasitəsilə təhlilinə əsaslanan “Meta UFC Rankings” reytinqində isə 13-cü pillədə qərarlaşıb.
Potensial rəqibi Parnas yüngül çəki dərəcəsinin media reytinqində 9-cu yerdə olsa da, “Meta UFC Rankings”in ilk 15-liyinə daxil deyil.
Əlavə edək ki, Fiziyevlə Parnasın qarşılaşması ehtimalı daha əvvəl də gündəmə gəlib. Sentyabrda ABŞ-nin “MMA Mania” nəşri də azərbaycanlı döyüşçünü fransalı idmançı üçün mümkün rəqiblərdən biri kimi göstərib.
