ABŞ-nin Las-Veqas şəhərində keçirilən “UFC Fight Night 293” turnirinin əsas döyüşündə braziliyalı Conni Uoker Dominikan Respublikasının təmsilçisi Valdo Kortes-Akosta üzərində vaxtından əvvəl qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, qarışıq döyüş sənətləri (MMA) üzrə ağır çəkidə keçirilən qarşılaşma üçüncü raundda başa çatıb.
Uoker rəqibini nokaut vəziyyətinə salıb. Bundan sonra hakim döyüşü dayandıraraq braziliyalının texniki nokautla qələbəsini qeydə alıb.
Bu, Uokerin peşəkar karyerasında 23-cü qələbəsi olub. Onun hesabında 10 məğlubiyyət də var. Braziliyalının daha bir döyüşü baş tutmamış hesab edilib.
Kortes-Akostanın aktivində isə 20 qələbə və beş məğlubiyyət var. Dominikanlı idmançı ardıcıl üçüncü dəfə məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, UFC-nin ağır çəkidə hazırkı çempionu fransalı Siril Qandır. O, noyabrın 15-də Coş Hokitə qarşı titulunu qorumaq üçün oktaqona çıxacaq.
