ABŞ prezidenti Donald Tramp UFC rəhbəri Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdiyini bildirib.
İdman.Biz xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ lideri Uaytın köməkçiləri arasında UFC döyüşçüləri İslam Mahaçev, Həbib Nurməhəmmədov, Castin Qetji, Daniel Kormye, Amanda Nunes və Kayla Harrisonun da olmasını istədiyini qeyd edib.

Tramp həmin şəxslərin solçulara qarşı müdafiə üçün lazım olduğunu vurğulayıb və Uaytı vəzifəni qəbul etməyə çağırıb.
Qeyd edək ki, Dana Uayt dünyanın ən böyük qarışıq döyüş sənətləri (MMA) təşkilatı olan UFC-nin prezidentidir.
