Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov UFC-də peşəkar karyerasının ilk məğlubiyyətindən sonra sosial şəbəkədə paylaşım edib.
İdman.Biz xəbər verir ki, idmançı “Instagram” hesabında “Hər şeyə görə Uca Allaha şükür” sözlərini yazıb.
Xatırladaq ki, Həsənov Las-Veqasda keçirilən UFC turnirində amerikalı Jan-Pol Lebosnoyani ilə üz-üzə gəlib. Yarımorta çəki dərəcəsində baş tutan qarşılaşma üçüncü raundda dayandırılıb.
Azərbaycanlı döyüşçünün aldığı dərin kəsik səbəbindən həkimlər onun mübarizəni davam etdirməsinə icazə verməyiblər. Nəticədə üçüncü raundun 2-ci dəqiqə 11-ci saniyəsində döyüş dayandırılıb və qələbə texniki nokautla amerikalı idmançıya verilib.
Bununla da 31 yaşlı Həsənovun peşəkar karyerasındakı altı döyüşlük qələbə seriyası başa çatıb. Onun hesabında altı qələbə və bir məğlubiyyət var.
