Azərbaycanın yeddi MMA döyüşçüsü Gürcüstanda dünya çempionatına qatılacaq

1 Noyabr 2026 09:40
110
Azərbaycanın yeddi MMA döyüşçüsü Gürcüstanda dünya çempionatına qatılacaq

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə qarışıq döyüş növləri (MMA) üzrə dünya çempionatı start götürəcək.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Qarışıq Döyüş Növləri Federasiyasının (IMMAF) himayəsi altında keçiriləcək yarış noyabrın 1-dən 7-dək davam edəcək.

Çempionatda 60-dan çox ölkədən 820-dən artıq idmançı iştirak edəcək. Kişilər və qadınlar müxtəlif çəki dərəcələrində mübarizə aparacaqlar.

İlk gün komandaların qeydiyyatı, yarış qaydaları ilə bağlı təlimatlandırma və püşkatma keçiriləcək. Döyüşlər noyabrın 2-də başlayacaq. Noyabrın 3-də 1/16 final, 4-də 1/4 final, 5-də isə yarımfinal qarşılaşmaları baş tutacaq.

18-20 yaşlı idmançılar arasında final döyüşləri noyabrın 6-da, böyüklər arasında isə 7-də keçiriləcək.

Azərbaycan millisi çempionatda MMA Federasiyasının prezidenti Rövşən Həsənovun rəhbərliyi altında çıxış edəcək.

Komandanın heyətinə Ələkbər Mahmudov, Qabil Əlizadə, Saleh Cəfərov, İsmət Bədəlov, Həsən Məhəmmədqazı, Əli Ataşov və Elmir Allahverdiyev daxil edilib.

İdman.Biz