Azərbaycanlı UFC döyüşçüsü Tahir Abdullayev dəvət aldığı podkastda şəxsi həyatından peşəkar karyerasına qədər uzanan maraqlı həyat yolu haqqında geniş açıqlamalar verib.
İdman.Biz xəbər verir ki, "PODKAT" layihəsinin qonağı olan qaydasız döyüşçü Azərbaycanda qarışıq döyüş növlərinin (MMA) inkişaf perspektivləri və yerli idmançıların potensialı ilə bağlı fikirlərini bölüşüb.
Söhbət zamanı idmançı döyüş karyerasının başlanğıcı, peşəkar idmanda zirvəyə gedən yolda qarşılaşdığı çətinliklər və gələcək hədəfləri barədə danışıb.
Müsahibədə UFC-nin Bakıya gəlişi, Azərbaycan döyüşçülərinin beynəlxalq arenada imkanları və Tahirin ən yaxşı hesab etdiyi beş UFC döyüşçüsü də müzakirə olunub.
Abdullayev şəxsi həyatında üzləşdiyi sınaqlardan, çətin anlarda verdiyi qərarlardan və bu təcrübələrin onun formalaşmasına təsirindən də bəhs edib.
İdmançının əsas diqqət ayırdığı mövzulardan biri noyabrın 21-də keçiriləcək döyüşə hazırlıq və qarşılaşma ilə bağlı gözləntiləri olub.
Ətraflı videoda:
