UFC-nin orta çəkili hazırkı çempionu İslam Mahaçev peşəkar karyerasının sonuna yaxınlaşdığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, 35 yaşlı rusiyalı döyüşçü X sosial şəbəkəsində növbəti qarşılaşmasının karyerasındakı son döyüşlərdən biri olacağını yazıb.
Mahaçev braziliyalı Karlos Prateslə məğlubiyyətsizlik seriyasına sahib ekvadorlu Maykl Morales arasında keçiriləcək döyüşün qalibi ilə qarşılaşmaq istədiyini də bildirib.
“Növbəti döyüşüm karyeramın son qarşılaşmalarından biri olacaq. Deyirlər ki, Prates mənim üçün həddindən artıq təhlükəlidir, Morales isə çox güclüdür. Buna görə də onların ən yaxşısı ilə döyüşmək və dünyanın ən güclüsünün kim olduğunu bir daha hamıya sübut etmək istəyirəm”, - deyə Mahaçev yazıb.
Beləliklə, rusiyalı çempion karyerasını başa vurmaq barədə düşündüyünü gizlətməsə də, divizionun ən güclü rəqiblərinə qarşı mübarizəni davam etdirmək niyyətindədir.
Mahaçev növbəti döyüşünün və peşəkar idmandan mümkün ayrılığının konkret tarixini açıqlamayıb.
