Azərbaycanlı qarışıq döyüş növləri (MMA) üzrə idmançı Tural Rəhimov ACA 209 turniri ərəfəsində rəsmi çəkiölçmə mərasimində müəyyən edilmiş limiti keçib.
İdman.Biz xəbər verir ki, 38 yaşlı döyüşçünün çəkisi 68,50 kq olub. Açıqlanan protokolda onun normanı 500 qram aşdığı göstərilib.
Bununla belə, Rəhimovun qarşılaşması ləğv edilməyib. O, oktyabrın 30-da Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək turnirdə Rusiyanı təmsil edən Naşxo Qalayevlə üz-üzə gələcək.
Sumqayıtda anadan olan Rəhimov döyüş idman növləri üzrə zəngin təcrübəyə malikdir. “Dəmir adam” ləqəbli idmançı peşəkar MMA karyerasında 22 qələbə qazanıb və 10 dəfə məğlub olub.
Azərbaycan təmsilçisi daha əvvəl Yaponiyanın Rizin və ACA təşkilatlarının yarışlarında iştirak edib. Onun sonuncu döyüş 2024-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ACA 181 turnirində olub. Nikita Prixodkoya qarşı döyüş təqribən beş dəqiqə çəkib və Rəhimov rəqibin qoluna tətbiq etdiyi ağrıdıcı fəndlə təslim edib.
Qeyd edək ki, “Absolute Championship Akhmat” təşkilatının keçirdiyi ACA 209 turnirində 17 döyüş planlaşdırılır. Gecənin əsas qarşılaşmasında Fəridun Odilov və Artyom Frolov mübarizə aparacaqlar.
