UFC-də çıxış edən braziliyalı döyüşçü Luana Santos estetik əməliyyat keçirəcəyi üçün bir müddət oktagondan uzaq qalacaq.
İdman.Biz xəbər verir ki, 26 yaşlı idmançı bu barədə “Ag.Fight” nəşrinə müsahibəsində danışıb.
O, sinə böyütmə əməliyyatı üçün artıq tarix müəyyənləşdirildiyini bildirib. Santosun sözlərinə görə, növbəti döyüşünü gələn ilin mayında keçirməyi planlaşdırır.
“Sinəmə implant yerləşdirmək istəyirəm. Əməliyyatın tarixi artıq bəllidir və yaxın vaxtlarda bu proseduru həyata keçirəcəyəm. Buna görə də növbəti döyüşümü may ayında keçirməyi planlaşdırıram”, – deyə braziliyalı döyüşçü bildirib.
Qeyd edək ki, Luana Santos oktyabrın 31-də UFC-nin “Vegas 123” turnirində Yana Santos üzərində qələbə qazanıb. Bu, onun ardıcıl dördüncü qələbəsi olub.
