Azərbaycanlı döyüşçü UFC-də məğlubiyyətsiz rəqiblə qarşılaşacaq

6 Noyabr 2026 10:39
70
Azərbaycanlı döyüşçü UFC-də məğlubiyyətsiz rəqiblə qarşılaşacaq

Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı “UFC Fight Night” turnirində növbəti döyüşünə çıxacaq.

İdman.Biz xəbər verir ki, 22 yaşlı idmançı dekabrın 5-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunacaq turnirdə moldovalı Pavel Andruşka ilə qarşılaşacaq.

Döyüşün UFC-nin ən yüngül çəki dərəcəsində (Bantamweight) keçirilməsi nəzərdə tutulub.

Osmanlı peşəkar karyerasında keçirdiyi 14 döyüşün 12-də qələbə qazanıb, iki dəfə məğlub olub. Onun rəqibi Pavel Andruşka isə indiyədək keçirdiyi 9 döyüşün hamısında qalib gəlib. 24 yaşlı moldovalı sentyabrda UFC-də debüt edib və təcrübəli Neytaniel Vudu hakimlərin yekdil qərarı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, Məhəmmədəli Osmanlının son döyüşü “TUF 34”ün finalı çərçivəsində Akılbek Uuluya qarşı olub. ABŞ-nin Las-Veqas şəhərindəki “Meta APEX” arenasında keçirilən qarşılaşma “UFC Fight Night: Rosas Jr. vs. Barcelos” turnirinin proqramına daxil edilib.

Görüşün ikinci dəqiqə 19-cu saniyəsində Osmanlı rəqibinin başına diz zərbəsi endirib. Qırğızıstanlı döyüşçü qarşılaşmanı davam etdirə bilməyib. Nəticədə azərbaycanlı idmançı qayda pozuntusuna görə diskvalifikasiya olunub və qələbə rəqibinə verilib.

Osmanlı ilə Akılbek Uulu arasında “TUF 34”ün finalından əvvəl də gərginlik yaşanıb. Hər iki döyüşçü realiti-şouda iştirak etdikləri müddətdə münaqişə ilə gündəmə gəliblər. Onların final qarşılaşmasından əvvəl UFC-nin aktiv döyüşçülər siyahısına daxil edilməsi də diqqət çəkib.

Hazırda UFC-də Məhəmmədəli Osmanlı ilə yanaşı, daha beş azərbaycanlı döyüşçü – Rafael Fiziyev, Nazim Sadıxov, Tofiq Musayev, Fərman Həsənov və Tahir Abdullayev də çıxış edir.

İdman.Biz