Tramp UFC rəhbərini Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət edib - VİDEO

10 Noyabr 2026 11:48
44
Tramp UFC rəhbərini Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət edib - VİDEO

ABŞ prezidenti Donald Tramp UFC-nin rəhbəri Dana Uaytla birlikdə Ağ Evin mətbuat brifinqləri zalına gözlənilmədən gəlib.

İdman.Biz xəbər verir ki, Tramp uzun illərdir dostluq etdiyi Uaytı jurnalistlərə təqdim etdikdən sonra ona sualları cavablandırmaq üçün öz yerini verib.

Beləliklə, ABŞ prezidenti həftəsonu başladığı zarafatı davam etdirib. O, həmin vaxt Uayta Ağ Evin mətbuat katibi olmağı təklif etdiyini bildirmişdi.

“Mən həmişə bu işlə məşğul olmaq istəmişəm”, – deyə UFC rəhbəri bildirib. Daha sonra jurnalistlərə üz tutaraq ilk sualı kimin verəcəyini soruşub.

Bununla belə, Uayt belə bir təyinatın ciddi müzakirə olunmadığını vurğulayıb: “Mənim heç bir siyasi ambisiyam yoxdur”.

İdman.Biz
Məqalədə: