DÇ-2026: Kabo-Verde mundialda sensasiyanı davam etdirir – YENİLƏNİB +VİDEO

22 İyun 2026 04:11
817
DÇ-2026: Kabo-Verde mundialda sensasiyanı davam etdirir – YENİLƏNİB +VİDEO

DÇ-2026-nın qrup mərhələsində H qrupunun ikinci turuna yekun vurulub.

İdman.Biz xəbər verir ki, Uruqvay və Kabo-Verde yığmaları Mayamidə, “Hard Rok” stadionunda üz-üzə gəliblər. Norveçli baş hakim Espen Eskosun idarə etdiyi qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Hesabı 21-ci dəqiqədə “Krasnodar”ın yarımmüdafiəçisi Kevin Lenini açıb. Kabo-Verde millisinin futbolçusu komandasını önə keçirib. Uruqvay 44-cü dəqiqədə Maksimiliano Arauxonun qolu ilə tarazlığı bərpa edib. İlk hissəyə əlavə olunmuş altıncı dəqiqədə Aqustin Kanobbio Cənubi Amerika təmsilçisini hesabda irəli çıxarıb.

Kabo-Verde ikinci hissədə məğlubiyyətdən xilas olmağı bacarıb. 61-ci dəqiqədə Helio Varela fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib - 2:2.

Uruqvay ilk turda Səudiyyə Ərəbistanı ilə 1:1 hesablı heç-heçə edib. Kabo-Verde isə turnirin ilk oyununda İspaniyadan xal alaraq 0:0-lıq nəticəyə imza atıb.

H qrupunda son turun oyunları 27 iyunda keçiriləcək. Uruqvay İspaniya ilə, Kabo-Verde isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

03:37

Futbol üzrə dünya çempionatının Uruqvay - Kabo Verde oyununda dödüncü qol vurulub.

Kabo Verde hesabı bərabərləşdirir. 61-ci dəqiqədə Helio Varela komandasının ikinci qolunu vurub.

02:52

Birinci hissəyə əlavə edilmiş vaxtda - 45+6-cı dəqiqədə Aqustin Kanobbio Uruqvayı hesabda önə çıxarır - 2:1.

02:46

Uruqvayın heyətindən Maksimiliano Arauxo 44-cü dəqiqədə hesaba tarazlıq gətirir - 1:1.

02:36

Futbol üzrə dünya çempionatının Uruqvay - Kabo Verde oyununda hesab açılıb.

İdman.Biz xəbər verir ki, Mayami stadionunda keçirilən H qrupunun ikinci turunun matçında Kabo Verde 21-ci dəqiqədə Kevin Pinanın dəqiq zərbəsi ilə hesabda irəli çıxıb.

01:22

DÇ-2026-nın qrup mərhələsində Uruqvay və Kabo Verde yığmaları üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, H qrupunun ikinci tur matçı ABŞ-nin Mayami şəhərindəki “Hard Rok” stadionunda keçiriləcək. Qarşılaşmanın baş hakimi norveçli Espen Eskos olacaq. Oyun Bakı vaxtı ilə 02:00-da başlayacaq.

Komandaların start heyətləri də açıqlanıb.

Uruqvay: Muslera, Varela, Kaseres, Olivera, Sanabriya, Arauxo Vilçes, Valverde, Bentankur, Uqarte, Kanobbio, Vinyas.

Kabo Verde: Vozinya, Moreyra, Lopes, Borjeş, Kabral, Mendeş, Lenini, Arkanju, Rodriqeş, Monteyru, Benşimol.

Qeyd edək ki, Uruqvay ilk turda Səudiyyə Ərəbistanı ilə 1:1 hesablı heç-heçə edib. Kabo Verde isə mundialdakı debüt oyununda İspaniyadan xal alaraq 0:0 hesablı nəticə ilə diqqət çəkib.

H qrupunun üçüncü turunda Uruqvay İspaniya, Kabo Verde isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Hər iki oyun 27 iyunda keçiriləcək.

İdman.Biz