DÇ-2026: İsveçrə və Kanada 1/16 finala vəsiqə qazanırlar - YENİLƏNİB + VİDEO

25 İyun 2026 00:58
924
DÇ-2026: İsveçrə və Kanada 1/16 finala vəsiqə qazanırlar

Kanada - İsveçrə oyunu.başa çatıb.

İdman.Biz xəbər verir ki, matç 2:1 hesabı ilə Avropa təmsilçisinin xeyrinə qurtarıb.

Beləliklə, 7 xal toplayan İsveçrə B qrupunu lider kimi başa vurur və 1/16 finalda E/F/G/I/J qruplarında 3-cü yer tutmuş komandalardan biri ilə qarşılaşacaqlar.

Qrupda 4 xalla ikinci olan Kanada isə A qrupunun ikincisi ilə pley-offda qarşılaşacaq. Bu isə Cənubi Koreya, Çexiya və CAR komandalarından biri olmalıdır.

Qrup mərhələsi başa çatandan sonra B qrupunda vəziyyət:

K

O

Q

H

M

T

X

İsveçrə

3

2

1

0

7:3

7

Kanada

3

1

1

1

8:3

4

Bosniya

3

1

1

1

5:6

4

Qətər

3

0

1

2

2:10

1

00:36

Kanada - İsveçrə oyununda hesab yenə dəyişib.

İdman.Biz bildirir ki, 76-cı dəqiqədə kanadalı Promis Devid fərqlənib - 1:2.

00:17

Kanada - İsveçrə oyununda hesab dəyişib.

İdman.Biz bildirir ki, 57-ci dəqiqədə Yoan Manzambi hesabı 2:0 edib.

00:06

Kanada - İsveçrə oyununda hesab açılıb.

46-cı dəqiqədə Ruben Varqas Avropa millisini irəli çıxarıb.

23:49

Kanada - İsveçrə oyununda ilk yarı bitib.

İdman.Biz bildirir ki, komandalar birinci hissədə fərqlənə bilməyiblər.

23:00

Futbol üzrə dünya çempionatında B qrupunda matçlara yekun vurulur.

İdman.Biz bildirir ki, 3-cü turda qrupun liderləri İsveçrə və Kanada rastlaşırlar.

Bu komandalar hərəyə 4 xal toplayıblar və heç-heçə onların hər ikisini növbəti mərhələyə çıxara bilər. Kanada bu matçda meydan sahibləri rolundadır. Oyun Kanadanın Vankuver şəhərindəki “BC Place” stadionunda keçirilir. Baş hakim braziliyalı Ramon Abattidir.

Qrupdakı digər iki komanda – Bosniya və Herseqovina ilə Qətər isə hərəyə 1 xal toplayıblar və nəzəri olaraq növbəti mərhələyə yüksəlmək şanslarını qoruyurlar.

Bu qrupda əvvəlki turlarda keçirilmiş oyunlarda Kanada Bosniya və Herseqovina ilə heç-heçə oynayıb (1:1), Qətərə isə böyük hesabla qalib gəlib – 6:0.

İsveçrə isə Qətərlə 1:1 hesablı heç-heçəyə qane olub, ikinci turda isə Bosniya və Herseqovinanı məğlub edib – 4:1.

İdman.Biz