İngiltərə millisinin hücumçusu Harri Keyn DÇ-2026-nın qrup mərhələsində Qana ilə oyunda (0:0) topa 19 dəfə toxunub.
İdman.Biz-in OptaJoe-ya istinadən verdiyi məlumata görə, bu, onun millidə 90 dəqiqə və ya daha çox oynadığı böyük turnir oyunlarında topa ən az toxunuş sayıdır.
İngiltərə iki oyundan dörd xalla L qrupunda liderdir. Keyn turnir ərzində iki oyunda iki qol vurub.
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Argentina hazırkı çempiondur.
