DÇ-2026: Argentina Messinin dublu sayəsində növbəti mərhələyə adlayır - YENİLƏNİB + VİDEO

22 İyun 2026 23:03
889
DÇ-2026: Argentina Messinin dublu sayəsində növbəti mərhələyə adlayır

Argentina - Avstriya matçı başa çatıb.

İdman.Biz bildirir ki, Cənubi Amerika təmsilçisi Lionel Messinin dublu sayəsində 2:0 qalib gələrək J qrupunun vahid lideri olub və pley-off mərhələsində öz yerini təmin edib. Avstriyanın 3 xalı var.

Əlavə edək ki, hazırda Lionel Messi 2026-cı il dünya çempionatının bombardirləri siyahısına başçılıq edir. Argentina millisinin kapitanı qrup mərhələsinin ilk iki oyununda 5 qol vurub. Messi əvvəlcə Əlcəzairlə görüşdə het-trik edib, daha sonra Avstriya ilə matçda dubla imza atıb. Bununla da o, hazırda mundialın ən məhsuldar futbolçusudur. Öz növbəsində Argentina iki turdan sonra qazandığı qələbələr sayəsində pley-offa vəsiqəni təmin edib.

23:00

Argentina - Avstriya matçında ikinci qol vurulub.

90+5-ci dəqiqədə Lilonel Messi matçda ikinci qoluna imza atıb. Bu, Messinin dünya çempionatlarında 18-ci qoludur.

22:09

Argentina - Avstriya matçında ikinci hissə başlayıb.

İdman.Biz bildirir ki, birinci hissədən sonra Argentina irəlidədir - 1:0.

21:54

Argentina - Avstriya matçında ilk yarı bitib.

İdman.Biz bildirir ki, birinci hissədən sonra Argentina irəlidədir - 1:0.

21:40

Argentina - Avstriya oyununda hesab açılır.

İdman.Biz bildirir ki, 39-cu dəqiqədə Lionel Messi fərqlənib.

21:12

Argentina - Avstriya oyununda Cənubi Amerika futbolçuları real qol şansını qaçırıblar.

İdman.Biz bildirir ki, 9-cu dəqiqədə Lionel Messi fürsətdən yararlana bilməyib.

21:01

Futbol üzrə dünya çempionatında J qrupunda oyunlara start verilir.

İdman.Biz bildirir ki, ilk olaraq Argentina və Avstriya milliləri üz-üzə gəlirlər.

Oyun “AT&T Stadium”da keçirilir. Matçın baş hakimi misirli Amin Ömərdir.

Hər iki komandanın 3 xalı var. İlk turda Argentina Əlcəzairi (3:0), Avstriya isə İordaniyanı (3:1) məğlub edib.

İdman.Biz