Futbol üzrə İran millisinin hücumçusu Əlirza Cahanbaxş yığmanın üzləşdiyi məhdudiyyətlərlə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, futbolçu komandaya qarşı daha ədalətli münasibət göstərilməsinin vacibliyini vurğulayıb.
“Biz sadəcə elementar ədalət istəyirik. Digər komandalarla necə davranılırsa, bizə də eyni münasibətin göstərilməsini istəyirik. Düşünmürəm ki, çox şey tələb edirik. Digər tərəfdən, bu, mədəniyyətimizin bir hissəsidir – çətin vəziyyətlərdə daha yaxşı çıxış edirik. Çətinliklər bizi birləşdirib. Xarakter nümayiş etdirdik və bu, müəyyən mənada dünya çempionatında düşdüyümüz vəziyyətlə bağlıdır", – deyə Cahanbaxş bildirib.
Qeyd edək ki, daha əvvəl İran Futbol Federasiyası millinin üzləşdiyi məhdudiyyətlərlə bağlı FIFA-ya rəsmi şikayət göndərəcəyini açıqlayıb.
Narazılığa səbəb komandanın qrup mərhələsinin II turunda Belçikaya qarşı keçirilən oyundan (0:0) əvvəl Los-Ancelesə planlaşdırıldığı kimi iki gün deyil, yalnız bir gün öncə gəlməsinə icazə verilməsi olub.
