Bir əsrlik həsrət bitdi: Misirin qələbəsi ölkəni ayağa qaldırdı - VİDEO

22 İyun 2026 11:36
116
Bir əsrlik həsrət bitdi: Misirin qələbəsi ölkəni ayağa qaldırdı - VİDEO

Futbol üzrə dünya çempionatında Misir millisinin Yeni Zelandiya üzərində 3:1 hesablı qələbəsi milli komandanın daxilində və ölkədə coşğu ilə qarşılanıb.

İdman.Biz xəbər verir ki, qələbədən sonra futbolçuların paltardəyişmə otağında yaşanan atmosferi böyük maraqla qarşılanıb.

Sosial şəbəkələrdə "Hazırda hamı Misir millisinin paltardəyişmə otağında olmaq istəyir" paylaşımı böyük maraqla qarşılanıb.

Eyni zamanda minlərlə insan küçələrə çıxıb, avtomobil karvanları təşkil edib, milli bayraqlarla qələbəni qeyd edib.

Qeyd edək ki, Misir millisi daha əvvəl üç dünya çempionatında iştirak etmiş və qələbə qazana bilməmişdi. Yeni Zelandiya üzərindəki 3:1 hesablı uğurla komanda mundiallar tarixində ilk qələbəsini rəsmiləşdirib.

İdman.Biz