Fatih Terimdən türkiyəli azarkeşlərə çağırış: “Böyük ölkələr kimi davranmalıyıq”

22 İyun 2026 10:43
117
Fatih Terimdən türkiyəli azarkeşlərə çağırış: “Böyük ölkələr kimi davranmalıyıq”

Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim yığmanın uğursuz çıxışından sonra daha təmkinli mövqe nümayiş etdirməyə çağırıb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis milli komandanın böhran dövründə dəstəyə ehtiyacı olduğunu bildirib.

“Gəlin bunu düzgün şəkildə edək. Gəlin böyük komandalar və böyük ölkələr kimi davranaq. Onlar da məğlub olurlar, amma məğlubiyyətdən sonra çox tez ayağa qalxmağı bacarırlar. Ən vacib fərq də məhz budur. Bu oyun, əlbəttə ki, tənqid və təhlil olunacaq. Yeganə xahişim odur ki, sərt və dağıdıcı olmayaq. Bizi bura gətirən də məhz onlardır və sabah yenə onlardan çox şey gözləyəcəyik. Əgər səhvlərimiz haqqında sevgi və konstruktiv şəkildə danışmağı bacaran ölkə olsaydıq, daha tez ayağa qalxardıq. Biz onlarla birlikdə dünya və Avropa çempionatlarına getmişik və növbəti dəfə də bunu edəcəyik. Sevgi ilə qalın”, – deyə Terim bildirib.

Məlumat üçün əlavə edək ki, DÇ-2026-da Paraqvaya məğlubiyyətdən sonra qrupdan çıxmaq şansını itirən Türkiyə millisi yerli azarkeşlər tərəfindən sərt tənqid, hətta hədələrlə üzləşiblər.

İdman.Biz