Mbappe: “Ola bilsin, Holand məni düşünür, amma mən İraqı düşünürəm”

22 İyun 2026 08:09
85
Mbappe: “Ola bilsin, Holand məni düşünür, amma mən İraqı düşünürəm”

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026 zamanı Lionel Messi, Kriştianu Ronaldu, Erlinq Holand və Harri Keynlə müqayisəsinə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Mbappe bu mövzunu jurnalistlərin işi adlandırıb və diqqətini İraqla oyuna yönəltdiyini deyib.

“Messi Kriştianu Ronaldu ilə birlikdə ən yaxşı futbolçudur, bu, aydındır. Mən sadəcə komandama daha bir dünya çempionatını qazanmağa kömək etməyə çalışıram. Qalanı jurnalistlərin işidir. Hazırda Holand barədə düşünmürəm. Ola bilər, onlar bizi düşünürlər, amma mən İraqı düşünürəm”, - deyə Mbappe bildirib.

Fransa millisi DÇ-2026-nın ikinci turunda 23 iyunda İraqla qarşılaşacaq. Komanda ilk turdan sonra üç xalla qrupda liderlər sırasındadır.

İdman.Biz