Türkiyə millisi DÇ-2026-dakı uğursuz çıxışından sonra beynəlxalq medianın sərt tənqidləri ilə üzləşib.
İdman.Biz xəbər verir ki, “The Athletic” qrup mərhələsində mübarizəni erkən dayandıran Türkiyəni turnirin ən zəif komandası kimi qiymətləndirib.
Vinsentso Montellanın komandası D qrupunda əvvəlcə Avstraliyaya 0:2, daha sonra Paraqvaya 0:1 hesabı ilə uduzub. Bu nəticələrdən sonra Türkiyənin mundialda mübarizəni davam etdirmək şansı qalmayıb.
Nəşrin analizində Arda Güler, Kenan Yıldız və Hakan Çalhanoğlu kimi futbolçuların yer aldığı heyətin gözləntiləri doğrultmadığı vurğulanıb. Yazıda Türkiyənin iki oyunda ümumilikdə 62 zərbə endirməsinə baxmayaraq, qol vura bilməməsi əsas problem kimi göstərilib.
“The Athletic”in dəyərləndirməsində millinin çıxışı barədə sərt ifadələr yer alıb:
“Bu qədər pis olmalarının heç bir bəhanəsi yoxdur. Yaradılan gözləntiyə görə turnirin ən pisi oldular”.
Qeyd edək ki, Türkiyə DÇ-2026-ya böyük ümidlərlə yollanmışdı. Lakin komanda iki turdan sonra xal qazana bilməyib və qol hesabını da aça bilməyib.
