Misir millisi DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Yeni Zelandiya yığmasını 3:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, baş məşqçi Hossam Hassanın rəhbərlik etdiyi komanda dünya çempionatları tarixində ilk qələbəsini qazanıb.
Oyunda hesabı Yeni Zelandiya yığmasından Finn Serman (15) açıb.
İkinci hissədə geri dönüş edən misirlilər Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqenin (83) qolları ilə üç xalı qazanıblar.
Məlumat üçün əlavə edək ki, G qrupuna 4 xalla Misir komandası rəhbərlik edir. İkinci və üçüncü yerləri hərəyə 2 xalla İran və Belçika milliləri bölüşdürür. Sonuncu yerdə 1 xalla Yeni Zelandiya qərarlaşıb. Qrupun son oyununda Misir İranla, Belçika Yeni Zelandiya ilə üz-üzə gələcək.
