Belçika millisinin hücumçusu Romelu Lukaku DÇ-2026-nın qrup mərhələsində İranla 0:0 hesablı heç-heçəni şərh edib.
İdman.Biz xəbər verir ki, G qrupunun ikinci turunda keçirilən qarşılaşmada Belçika yığması üstün oyun nümayiş etdirsə də, qapıya yol tapa bilməyib.
“Bu matçı təhlil etməliyik ki, nəyin düzgün alınmadığını başa düşək. Çünki çoxlu qol imkanı yaratdıq, amma fərqlənə bilmədik. Bu, məyusedicidir. Həlledici anlarda bizdə emosiya həddindən artıq çox olur”, - deyə Lukaku bildirib.
Bu nəticədən sonra Belçika və İranın aktivində iki xal var. Yeni Zelandiya və Misir isə hərəyə bir xal toplayıb. Bu komandalar 22 iyunda, Bakı vaxtı ilə 05:00-da üz-üzə gələcəklər.
Belçika millisi üçüncü turda 27 iyunda Yeni Zelandiya ilə qarşılaşacaq. İran isə həmin gün Misirlə oynayacaq.
