Yamal Pelenin uğurunu təkrarladı

22 İyun 2026 01:14
87
Yamal Pelenin uğurunu təkrarladı

İspaniya millisinin futbolçusu Lamin Yamal DÇ-2026-nın H qrupunun ikinci turunda Səudiyyə Ərəbistanı ilə oyunda hesabı açaraq tarixi göstəricini təkrarlayıb.

İdman.Biz “Opta Sports”a istinadən xəbər verir ki, Yamal dünya çempionatları tarixində 68 ildən sonra 19 yaşa çatmamış matçda hesabı açan ikinci futbolçu olub.

Buna qədər eyni göstəriciyə yalnız Braziliya millisinin əfsanəsi Pele imza atıb. O, 1958-ci il dünya çempionatında bunu 17 yaşında bacarıb. Lamin Yamal isə Səudiyyə Ərəbistanına qarşı oyunda 18 yaşında fərqlənərək Pelenin uğurunu təkrarlayıb.

Qeyd edək ki, İspaniya həmin görüşdə Səudiyyə Ərəbistanına 4:0 hesabı ilə qalib gəlib.

İdman.Biz