Deşam İraqla oyun üçün dəyişiklik anonsu verdi

22 İyun 2026 07:15
90
Deşam İraqla oyun üçün dəyişiklik anonsu verdi

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın I qrupunun ikinci turunda İraqla keçiriləcək oyun öncəsi start heyətində dəyişikliklər edə biləcəyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, görüş 23 iyunda Filadelfiyadakı “Linkoln Faynenşel Fild” stadionunda baş tutacaq.

“Bu, komandanın idarə olunması məsələsidir. Bir futbolçudan yerini alıb başqasına verməkdən söhbət getmir. Prioritet oyunçuların hazır olmasıdır, amma bu, həmin matçda başqa məqsədlər qoymağımıza mane olmur. Seneqalla oyundakı start heyəti hər matçda oynaya bilməz. Yığmanın sərəncamında təxminən 20 futbolçu var. Buna görə də dəyişiklik etməli ola bilərəm”, - deyə Deşam bildirib.

Fransa millisi ilk turda Seneqalı 3:1 hesabı ilə məğlub edərək üç xalla I qrupuna liderlik edir. İraq yığması isə hələ xal qazana bilməyib və turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

İdman.Biz