Suares oyunu tribunadan izlədi - FOTO

22 İyun 2026 09:50
119
Suares oyunu tribunadan izlədi - FOTO

Futbol üzrə dünya çempionatında Uruqvay millisinin sabiq hücumçusu Luis Suares komandasının Kabo-Verde ilə oyununu tribunadan izləyib.

İdman.Biz xəbər verir ki, azarkeşləri salamlayan və vurulan qollara sevinən veteran futbolçu matç boyu diqqət mərkəzində olub.

Oyunda Uruqvay iki dəfə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. H qrupunun II turunda Mayamidə keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz