Belçika milli futbol komandasının baş məşqçisi Rudi Qarsiya bildirib ki, onun komandası 2026-cı il dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Yeni Zelandiyanı məğlub edəcək.
İdman.Biz bildirir ki, oyun bu şənbə, iyunun 27-də Kanadanın Vankuver şəhərindəki “BC Place” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 7:00-da başlayacaq.
“Komandama inanıram! Pley-offa çıxmaq üçün nə etməli olduğumuzu bilirik. Yeni Zelandiyanı məğlub edəcəyik”, - deyə mütəxəssis qeyd edib.
Hazırda Belçika iki xalla G qrupunda üçüncü yerdədir. Misir üç xalla birinci, İran iki xalla ikinci, Yeni Zelandiya isə bir xalla dördüncü yerdədir.
